Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Galaxy Tab3 Lite” planşetini təqdim edib


"Samsung Tomorrow" saytı yazır ki, Cənubi Koreyanın "Samsung" şirkəti rəsmən "Galaxy Tab3 Lite" planşetini təqdim edib.
 
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, qurğu 1024x600 təsvir ölçülü 7 düymlük "WSVGA" ekranı, ikinüvəli prosessor, 2 meqapiksellik əsas kamera, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib.
 
Akkumulyator batareyasının həcmi 3,6 min milliamper/saat təşkil edir. İddia edilir ki, akkumulyatorun şarjı 8 saat video izlənilməsinə çatacaq.
 
"Galaxy Tab3 Lite" planşeti "Android 4.2" əməliyyat sistemi ilə işləyir.
 
Emil Hüseynov




17/01/14    Çap et