Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Qızıl Aypara Cəmiyyəti İKT fəaliyyəti barəsində hesabat verdi


Azərbaycan Qızıl Aypara Cəmiyyətində (AzQAC) 2011-ci ildən sürətli internet şəbəkələrinin çəkilməsi və yerli bölmələrin “@redcrescent.az” domeni ilə elektron poçt ünvanlarının yaradılmasının təşkil olunmasına start verilib və 2015-ci ilə kimi bu təchizatın başa çatdırılması nəzərdə tutulub.
 
AzQAC-dan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, cəmiyyətin bütün bölmələrinin müasir  kompüter və  digər İKT avadanlıqları ilə cari ilin sonuna kimi təchiz olunması  sona çatdırılacaq.
 
Artıq 50%-dən artıq bölgələrdə  bu proses başa çatıb: “Kommunikasiya strategiyasına dair yerli bölmələr səviyyəsində 8 görüşün keçirilməsi strategiya üzrə prezentasiyanın aparılması  və il ərzində strategiyanın icra olunmasına təşkilat  idarəsinin köməkliyi ilə AzQAC-ın regional mərkəzlərində 2014-cü ildə start verilib. Cəmiyyətin fəaliyyətləri haqqında məlumatların yerli və xarici KİV, internet səhifələrində və “Facebook”, “Tvitter”, “YouTube” kimi sosial internet şəbəkələrində yayılaraq cəmiyyətin imicinin artırılması və Qızıl Aypara brendi tanıdılıb. Hazırda bölmələrdə 40% artıq sürətli internet var”.
 
 
Azərbaycan Qızıl Aypara Cəmiyyətindən əlavə edilib ki, qarşıya qoyulan məqsədlərin 70 faizi ötən il öz həllini tapıb: “Yerdə qalan 30%-i faizi isə 2014-cü ilin sonuna və 2015-ci ilin əvvəlinə qədər həll olunacaq”.
 
 
SEYMUR
 




17/01/14    Çap et