Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“eBay” brend malların onlayn mağazasını açacaq


"eBay" internet mağazası brend mallar üçün ayrıca "The Plaza" adlı sayt yaradacaq. Bu barədə "The Wall Street Journal" nəşri "Macquarie" şirkətinin analitiki Ben Şaxterə istinadən məlumat verib.

Saytın brend şirkətlərə köhnə və ucuz malların təsiri nəticəsində markanın zəifləməsinə ehtiyat etmədən "eBay" alıcıları ilə birbaşa əlaqə yaratmağa imkan verəcəyi bildirilir.   

"eBay" internet mağazası 1995-ci ildə proqramçı Pyer Omidyar tərəfindən yaradılıb. Mağazada qeydiyyatdan keçmiş istənilən istifadəçi alış-veriş edə bilər. "eBay"da brend şirkətlər də öz mallarını sata bilərlər. Onlar tərəfindən satışa çıxarılan malları adi istifadəçi lotları arasında tapmaq mümkündür.

Əvvəllər "eBay"da nəhəng marka və şirkətlər tərəfindən malların birbaşa satılması üçün nəzərdə tutulan ayrıca "brands.ebay.com" bölməsi fəaliyyət göstərib. Bölmə indiyədək aktiv olsa da, orada yerləşdirilən kateqoriyaların əksəriyyəti boşdur, - "Lenta www.lenta.ru" yazır. 
 




17/01/14    Çap et