Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu il istehsal edilmiş “iPhone” smartfonlarının ümumi sayı 95 milyona çatacaq


Tayvan internet nəşri “Digitimes”ın məlumatlarına əsasən, bu il istehsal edilmiş “iPhone” smartfonlarının ümumi sayı 95 milyona çatacaq. Bu saya “iPhone 3GS”, “iPhone 4” və çıxışı payızda gözlənən “iPhone 5” tədarükləri daxildir. “Digitimes” qeyd edib ki, “Apple” şirkəti stabil olaraq 2009-cu ildən “iPhone” istehsalının həcmini artırır. Belə ki, yalnız 2011-ci ilin ikinci yarısında şirkət təxminən 50 milyon smartfon satışa çıxaracaq, halbuki “Apple” şirkəti bu smartfonların satışlarının birinci ilində 10 milyon smartfon həddinin öhdəsindən güclə gəlib.
Analitiklər qeyd ediblər ki, 2011-ci ilin üçüncü rübündə şirkət bazara 8 milyondan çox “iPhone 3GS” və “iPhone 4” tədarük edəcək, bundan başqa, “Apple” 5 milyon “iPhone 5” smartfonu təqdim edəcək.




16/08/11    Çap et