Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ölkədə sənaye şəhərciklərinin tikintisinə böyük ehtiyac var”
“Sumqayıtda böyük texnopark açılıb, istifadəyə verilib. Balaxanıda texnoparkın müəyyən hissəsi tikilib, istifadəyə verilib və müəyyən hissəsi tikilməkdə davam edir”.
Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov mətbuata verdiyi açıqlamasında söyləyib.
O hesab edir ki, ölkəmizdə sənaye şəhərciklərinin tikintisinə böyük ehtiyac var. Millət vəkilinin sözlərinə görə, 2014-cü ilin “Sənaye ili” elan edilməsi ilk növbədə yeni iş yerlərinin açılmasına səbəb olacaq.
“Digər tərəfdən, neft hasilatının getdikcə aşağı düşdüyünü nəzərə alsaq, atılan addımlar iqtisadiyyatın diversifikasiyası baxımından Azərbaycanda sənayenin inkişaf etdirilməsinə xidmət edir” - deyən V.Əhmədov bildirib ki, dövlət başçısı tərəfindən sənayenin inkişafına çox böyük diqqət yetirilir. Onun sözlərinə görə, ötən illər ərzində sözügedən sahədə bir sıra uğurlar əldə olunub:
“2013-cü ilin də İKT ili elan edilməsi ilə bu sahədə hərtərəfli, kompleks işlərin aparıldığını və çox böyük nailiyyətlərin əldə olunduğunu müşahidə etdik”.
SEYMUR
21/01/14 Çap et