Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel” 10 yeni mobil prosessor təqdim edib


“Intel” şirkəti portativ kompüterlərdə istifadə üçün nəzərdə tutulan on yeni mobil prosessor təqdim edib.
Təqdim olunan çiplərin hamısı “Tri-gate” (tutum strukturu) tranzistorlu 22 nanometrlik texnologiya üzrə istehsal olunub. “Core i7” istehsal xəttinə beş model (i7-4940MX, i7-4910MQ, i7-4860HQ, i7-4810MQ və i7-4610M) daxildir, “Core i5” ailəsinə isə dörd məhsul (Core i5-4310M, i5-4340M, Core i5-4310U və Core i5-4360U) əlavə olunub.

Bundan başqa, az enerji sərfiyyatlı “Celeron 2961Y” çipi ilk dəfə nümayiş edilib.
“i7-4940MX” qabaqcıl modeli “Intel”in mobil prosessorlar siyahısına başçılıq edir. “Extreme Edition” seriyasına aid olan bu çip 3,1 giqahers takt tezlikli dörd hesablayıcı nüvəyə və 8 Mbayt yaddaşa malikdir. Həmçinin eyni anda səkkiz təlimat axınının yerinə yetirilməsi dəstəklənir.

“Core i7”-nin təqdim olunan digər məhsullarının tezlikləri 2,4-3,0 giqahers arasında dəyişir. “i7-4610M”-dən başqa digər bütün modellər dörd hesablayıcı nüvəyə malikdir.

Takt tezliyi 1,5-2,9 giqahers təşkil edən yeni “Core i5” prosessorları iki nüvə ilə təchiz edilib.
“Celeron 2961Y” çipi 1,1 giqahers takt tezliyinə və iki hesablayıcı nüvəyə malikdir, - “3DNews www.3dnews.ru” yazır. 




21/01/14    Çap et