Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

263 LTE şəbəkəsi kommersiya istismarına verilib


Qlobal Mobil Avadanlıq Tədarükçüləri Assosiasiyası LTE texnologiyasının inkişafına həsr edilmiş yeni hesabatında deyib ki, hazırda 263 LTE şəbəkəsi kommersiya istismarına verilib ki, onların 3-ü cari il yanvarın ilk günlərində buraxılıb.
 
“ICTnews” elektron xəbər xidməti “cnews.ru” saytına istinadən bildirir ki, 2013-cü ildə 112 LTE şəbəkəsi kommersiya istismarına verilib. 31 dekabr 2013-cü il tarixinə olan məlumatlara görə, 95 ölkədə 260 LTE şəbəkəsi kommersiya istismarına verilib. Lakin artıq yanvarın birinci iki həftəsində iki ölkədə 3 LTE şəbəkəsi kommersiya istismarına verilib. Beləliklə, hazırda dünyanın 97 ölkəsində 263 LTE şəbəkəsinin abunəçilərinə LTE texnologiyasına əsaslanan ödənişli xidmətlər göstərilir.
 
Hazırda dünyanın 144 ölkəsində 508 rabitə operatoru LTE texnologiyasının inkişafına sərmayə yatırır. "GSA-nın proqnozuna əsasən, 2014-cü ilin sonunadək ən azı 350 LTE şəbəkəsi işləyəcək. Bu ilin əsas tendensiyaları arasında tezlik daşıyıcılarının birləşməsi texnologiyası, VoLTE üzrə səs trafikinin ötürülməsi həcminin artması və LTE şəbəkələrdə beynəlxalq rouminq xidmətlərinin inkişafını qeyd etmək lazımdır" – “GSA”-nın prezidenti Alan Hadden hesab edir. Onun fikrincə, 2014-cü ildə LTE Broadcast, həmçinin mühüm rol oynayacaq.
 
Emil Hüseynov
 
 
 
 
 




21/01/14    Çap et