Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ən pis parol hansıdır?
“SplashData” şirkəti "25 ən pis parol" illik reytinqini yeniləyib. Reytinqə əsasən, 2013-cü ildə "123456" kombinasiyası ən populyar parol olub.
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, 2011-ci ildən etibarən tərtib edilən reytinqdə "123456" parolu ilk dəfə olaraq birinci yerdə qərarlaşıb. Bundan əvvəl "password" sözü lider olub, lakin 2013-cü ildə o, ikinci yerə yuvarlanıb.
Reytinqdə yer almış 25 paroldan 10-u rəqəmlərin kombinasiyasıdır (məsələn, "123456789" və ya "111111"). Daha dörd parol hərf və rəqəmlərdən (məsələn, "abc123") ibarətdir.
Digər 11 parol lüğət sözləri ("admin", "monkey", "princess"), söz birləşmələri ("iloveyou", "letmein") və klaviaturadakı klavişlərin ardıcıllığıdır ("qwerty", "azerty").
“SplashData” parollar reytinqi internetdə yayımlanmış ələ keçirilmiş parol siyahıları əsasında tərtib edilir.
Emil Hüseynov
21/01/14 Çap et