Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rabitəçi idmançılar növbəti dəfə uğur qazanıblar
“Rabitə” idman klubunun gənclərdən ibarət boksçuları 9-13 yanvar tarixlərində respublikanın idman klublarının və müəssisələrinin iştirakı ilə Bakı şəhərində keçirilən respublika birinciliyində uğurla çıxış ediblər.
Adıçəkilən klubdan “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, idmançılar 9 medal (4 qızıl, 2 gümüş, 3 bürünc) əldə ediblər. Belə ki, Elşən Abbasov (49 kq), Məsud Yusifzadə (52 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq) I yeri tutaraq qızıl medala, İsmayıl Hüseynov (64 kq, Cəlilabad filialı), Araz Sultanzadə (81 kq) II yerə layiq görülərək gümüş medala sahib olublar. III yer üzrə isə Elməddin İsmayılov (56 kq), Turan Həsənli (64 kq) və Murad Abbasov (91 kq) uğur qazanaraq bürünc medalla mükafatlandırılıblar.
CAHANGİR
21/01/14 Çap et