Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Wikipedia” yaradıcısı mobil rabitə operatorunda pay alıb



“Wikipedia” onlayn ensiklopediyasının yaradıcılarından biri Cimmi Ueyls “The People's Operator” (TPO) xeyriyyə mobil rabitə operatorunun səhmlərini alıb. Sövdələşmə barədə ətraflı məlumat verilməsə də, onun səhmlər paketinin xeyli hissəsinə sahib çıxdığı bildirilir. C.Ueyls həmçinin “TPO” Direktorlar Şurasının həmsədri seçilib.

“Wikipedia” təsisçisi bildirib ki, Böyük Britaniyanın “TPO” operatoruna ABŞ-dan başlamaqla beynəlxalq səviyyəyə çıxmağa yardımçı olmaq niyyətindədir. Bundan başqa, C.Ueyls onun “TPO”-ya gəlişinin mobil rabitə operatoruna əlavə diqqəti, həmçinin internet cəmiyyətinin diqqətini cəlb edəcəyini düşünür.
Fransanın “Orange” və Almaniyanın “Deutsche Telekom” şirkətlərinin birgə müəssisəsi olan “The People's Operator” mobil rabitə operatoru fəaliyyətə 2012-ci ilin noyabrında Böyük Britaniyada başlayıb.


“TPO” abunəçinin zəng, “SMS” və internet trafikinə xərclədiyi məbləğin 10 faizini (vergi tutulduqdan sonra) xeyriyyəçiliyə sərf edir. Ödənişin təyin edilməsini abunəçilər müstəqil şəkildə seçə bilər. Bundan başqa, şirkət mənfəətinin 25 faizini xeyriyyəçilik məqsədləri üçün xərcləmək niyyətindədir. Lakin “TPO” hələ ki mənfəət əldə etmir, habelə abunəçilərinin sayını gizli saxlayır, - "Lenta www.lenta.ru” yazır. 




21/01/14    Çap et