Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Huawei” yeni smartfon buraxıb
“Huawei” şirkəti 2014-cü ilə böyük ümidlər bağlayır. Çin şirkəti yeni ildə “Ascend P6” modelinin yeni versiyasını buraxıb. Smartfonun adına S hərfi əlavə edilib, aparatın dizaynı əvvəlki kimi saxlanılıb, bu halda aparatın qalınlığı 0,3 mm artıb.
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Ascend P6S” smartfonu 1.6 QHs takt tezlikli dördnüvəli prosessorla işləyir.
Bundan başqa, smartfon “Dual SİM” dəstəkləyir. 330 avro məbləğində qurğunun başqa xarakteristikaları dəyişməyib: 4,7 düymlük HD ekran, 2 QB əməli və 16 QB daxili yaddaş, 8 meqapiksellik əsas kamera və 2000 milliamper/saat tutumlu akkumulyator. Hələ ki smartfon yalnız Çində satılır.
Emil Hüseynov
21/01/14 Çap et