Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” MMC-nin bankomatlarının sayı 15-ə çatıb
"Azərpoçt" MMC Sumqayıtda bankomat quraşdırıb. Bununla da müəssisənin yerlərdə olan bankomatlarının sayı 15-ə (8 ədəd ATM Bakı ərazisində, 1 ədəd Yevlaxda, 1 ədəd Kürdəmir, 1 ədəd Xırdalan, 1 ədəd Sumqayıt və 3 ədəd ATM isə Gəncə şəhərində) çatdırılıb.
"Azərpoçt" MMC regionlarda 2012-ci ildə 56 ədəd, 2013-cü ildə isə 53 ədəd POS-terminal quraşdırıb. POS-terminallar respublika üzrə hər bir rayon üçün ən azı bir ədəd olmaqla Müştəri xidmətləri şöbəsində və kənd poçt şöbələrində fəaliyyət göstərir. Eyni zamanda fırıldaqçılıq əməliyyatlarının qarşısının alınması, müştəri məmnunluğunun təmin edilməsi, risklərin azaldılması, təhlükəsizliyin artırılması məqsədilə "Azərpoçt" MMC-yə məxsus olan ATM-lər tam təhlükəsizliyi təmin edən müşahidə kamerası ilə təchiz edilib.
Bundan başqa ödəniş kartları ilə aparılan əməliyyatlarda fırıldaqçılıq hallarının qarşısının alınması məqsədilə "Azərpoçt" MMC-də "acquiring" və "issuering" sahəsində EMV (çip) texnologiyalarının tətbiqinin "MasterCard" beynəlxalq ödəniş sistemi, "Millikart Group" prosesinq mərkəzi və "Azərpoçt" MMC-nin qarşılıqlı fəaliyyəti əsasında həyata keçirilməsinə başlanılıb.
RƏVAN
21/01/14 Çap et