Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt” MMC-nin 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülür


“Maliyyə Xidmətlərinin İnkişafı” layihəsi üzrə nəzərdə tutulan “Azərpoçt” MMC-nin 1132 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər görülür.
 
“Azərpoçt” MMC-dən verilən məlumatda qeyd edilir ki, görülmüş tədbirlər nəticəsində ümumilikdə 805 poçt şöbəsi və 42 poçt agentliyinin vahid şəbəkəyə qoşulması təmin edilib. Bundan başqa, 57 rayon poçt filialının rayon mərkəzində fəaliyyət göstərən bütün poçt şöbələrinin  hamısı və texniki imkanlıq olan kənd poçt şöbələrində yaradılan qruplar tərəfindən kommunikasiya əlaqəsi qurulub.
 
 
 Kommunikasiya əlaqəsi yaradılan poçt şöbələrinin son nöqtə avadanlıqları sazlanmış, zəruri proqram təminatı və təhlükəsizlik tədbirləri görülmüş kompüterlərlə təmin edilməsi və quraşdırılması istiqamətində işlər davam etdirilir. 6 Bakı poçt filialının Abşeron, Sumqayıt, Gəncə və Şamaxı poçt filiallarının bütün şöbələri və 57 rayon poçt filialının mərkəzində olan poçt şöbələrinin hamısında KÖMİS-ə qoşulma üçün bütün texniki tədbirlər görülüb. Bütün poçt filiallarının birbaşa “Azərpoçt” MMC-nin kompüter şəbəkəsinə çıxışı “Azdatacom” şəbəkəsi vasitəsilə təmin edilir.
 
Bundan başqa, “Azərpoçt” MMC-nin bütün poçt filiallarına Avtomatlaşdırılmış Korporativ İnformasiya Sistemi tətbiq edildiyini nəzərə alaraq, göstərilən xidmətlərin müqabilində müştərilərə verilən ciddi hesabat qəbzlərinin əvəzinə, RİTN tərəfindən tərtib və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilən vahid ödəniş qəbzləri AKİS-ə tətbiq edilib.
 
 
 1 saylı PF-nin Mərkəzi poçt şöbəsində sınaq məqsədilə AKİS qəbzlərinin tətbiqindən sonra, sınaq işlərinin nəticəsi uğurla həyata keçirildiyi üçün bütün poçt  şöbələrində  müştərilərlə hesablaşmalarda AKİS qəbzlərinin istifadəsinə başlanılıb.
 
RƏVAN
 

 




21/01/14    Çap et