Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çinlilər şəxsiyyət vəsiqəsini təqdim etmədən video yükləyə bilməyəcəklər


Çin Dövlət Radio və Televiziya İdarəsinin rəsmi saytında yer almış məlumata əsasən, bu ölkənin internet istifadəçiləri videohostinq saytlarında öz adları ilə qeydiyyatdan keçməlidirlər.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, bu qadağa yalnız Çində qeydiyyatdan keçmiş saytlara aiddir. Bu cür  resurslara video əlavə etmək imkanına malik olmaq  üçün istifadəçi sayt administrasiyasına şəxsiyyət vəsiqəsinin surətini verərək öz şəxsiyyətini təsdiq etməli olacaq.
 
Hakimiyyət izah edir ki, yeni qeydiyyat qaydaları internetdə cəmiyyət üçün qəddarlıq və cinsi zorakılıq səhnələrindən ibarət təhlükəli videokontenti  yaymamaq məqsədi ilə tətbiq edilib. "İnternet sağlam ünsiyyət mühiti olmalıdır.
 
Çində videohostinqlər çox populyardır. "Reuters”in məlumatına görə, ölkədə təxminən 428 milyon insan videokontent yüklənmə xidmətlərindən istifadə edir. Çində dünyanın ən böyük videohostinqi “YouTube” bloklandığından istifadəçilərin əksəriyyəti ÇXR-də qeydiyyatdan keçirilmiş və yerli qanunlara tabe olan Çin analoqlarına daxil olur.
 
İnternetə çıxış üçün şəxsiyyət vəsiqəsinin təqdim olunmasını tələb edən oxşar məhdudiyyətlər artıq İranda mövcuddur. İnternet-kafedəki kompüterlər vasitəsilə internetə çıxan iranlı istifadəçilər ilk öncə şəxsiyyət vəsiqəsini göstərməli, sonra isə xüsusi anket doldurmalıdırlar.
 
Emil Hüseynov




21/01/14    Çap et