Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın dövlət strukturlarında informasiya təhlükəsizliyi həllərinin tətbiqinə başlanılır
“Softline” şirkəti bu il Azərbaycanın dövlət strukturlarında informasiya təhlükəsizliyi həllərinin tətbiqini həyata keçirəcək.
Şirkətin satış üzrə departamentinin başçısı Anar Əliyevin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Softline” informasiya təhlükəsizliyi üzrə yeni bölüm yaradıb və artıq bu bölümü inkişaf etdirməyə başlayıb.
“Dövlət sektorunda, maliyyə və özəl sektorda kompleks məhsullara maraq var. Şirkət və müəssisələr penetreyşn testlərdən başlayaraq antivirusların tətbiqi ilə bağlı həllərə böyük maraq göstərirlər. Serverlərin, şəbəkələrin tətbiqi ilə bağlı məhsullara maraq göstərən şirkətlər də az deyil”,- deyə o bildirib.
A.Əliyevin sözlərinə əsasən, şirkət bu həlləri uzun müddət əməkdaşlıq etdiyi Azərbaycanın Parlamentində, İqtisadi İnkişaf Nazirliyində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Səhiyyə Nazirliyində tətbiq etməyi planlaşdırır.
Aynur Vəliyeva
22/01/14 Çap et