Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi haqda elektron məlumat bankı yaradılacaq
Azərbaycanın ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi yaxın zamanda uşaq hüquqlarının təmin edilməsi haqda elektron məlumat bankını yaratmağa başlayacaq.
Dövlət komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən,
məlumat bankının yaradılması üçün nəzərdə tutulmuş vəsaitin ayrılması bu ilin büdcəsinə daxil edilib.
“Ötən il uşaqların hüquqlarının təmin edilməsi üzrə elektron məlumat bankının strukturu artıq hazırlanıb və bu il ərzində məlumat bankının proqram təminatı və tələb olunan avadanlıqlar sifariş ediləcək”,- deyə komitədən bildiriblər.
Qeyd edək ki, artıq bu sahədə işləyən şirkətlərlə danışıqlar aparılıb və ilkin hesablamalara görə, layihənin həyata keçirilməsinə 100 min manat vəsait tələb oluna bilər. Sistemin hazırlanması üçün ən azı 9 ay müddət tələb olunur, sonra isə mürəkkəb sistemin gələcəkdə mükəmməl işləməsini təmin etmək məqsədi ilə onun bir neçə ay ərzində testləşdirilməsi nəzərdə tutulub. Məlumat bankının istifadəyə verilməsini 2015-ci ilin əvvəlində gözləmək olar.
Aynur Vəliyeva
22/01/14 Çap et