Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” etiraz edir


“Samsung” şirkəti Avropa Birliyinin ərazisində “Galaxy Tab 10.1” planşetinin satışına qadağa qoyulmasına etiraz edir. Cənubi Koreya şirkəti Düsseldorf məhkəməsinə apelyasiya şikayəti verib. İşə avqust ayının 25-də baxılacaq. Xatırladaq ki, avqust ayının 9-dan başlayaraq “Samsung” şirkətinə Avropa Birliyinə “Galaxy Tab 10.1” planşetini tədarük etmək, həmçinin Avropa Birliyinin bütün ərazisində (Hollandiya istisnadır) qurğunun satışını həyata keçirmək qadağan edilib. Elektronika mağazalar şəbəkələri anbarda olan planşetləri satmaq imkanına malikdirlər.


lenta.ru




16/08/11    Çap et