Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda lotereyalar üzrə elektron nəzarət mexanizmləri reqlamentləşdirilib


Ötən il ərzində lotereya biletlərinin elektron qaydada satılması ilə bağlı tənzimləyici çərçivənin formalaşdırılması məqsədilə “Lotereyaların təşkili və keçirilməsi” Qaydalarına, eləcə də lotereyalar üzrə elektron nəzarət mexanizmlərinin reqlamentləşdirilməsi məqsədilə “Lotereya təşkilatçılarının hesabatlarının qəbulu və təhlili” Metodologiyasına dəyişikliklər təsdiq olunub.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin 2013-cü il üzrə fəaliyyət hesabatında deyilir.

Sözügedən dəyişikliklərlə “Azərlotereya” ASC tərəfindən təqdim edilən elektron hesabatların təhlili və xüsusi elektron sistemə nəzarət çıxışından istifadə prosedurları reqlamentləşdirilib.

CAHANGİR




22/01/14    Çap et