Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bütün mobil viruslar “Android” platformasına hədəflənib
Şəbəkə avadanlığı istehsalçısı "Cisco" şirkəti informasiya təhlükəsizliyi üzrə öz illik hesabatının nəticələrini açıqlayıb.
Hesabatda mobil təhdidlər haqqında informasiya yer alıb. "Apple" şirkətinin beynəlxalq marketinq üzrə baş vitse-prezidenti Fil Şiller buna diqqət edib.
Amerika korporasiyasının top-meneceri "Twitter" bloqunda "Cisco"nun hesabatına istinadən deyib ki, hazırda yaradılmış virusların 99%-i "Android" əməliyyat sistemi ilə işləyən qurğular üçün nəzərdə tutulub.
Hələ ki mövcud zərərli proqramların yalnız 1.2%-i mobil qurğular üçün nəzərdə tutulub.
Ekspertlər deyirlər ki, mobil qurğu istifadəçiləri fişinq, sosial mühəndislik, "likejacking" və başqa saytlara məcburi yönləndirmə kimi belə təhdidlərdən ehtiyat etməlidirlər.
2013-cü ilin yayında "Juniper Networks" analitik şirkəti hesablayıb ki, hücumların 92%-i "Android" əsaslı smartfon və planşetlərə qarşı həyata keçirilir. 2010-cu ildə bu göstərici 24%, 2011-ci ildə isə 47% olub.
Emil Hüseynov
23/01/14 Çap et