Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” şirkəti “Xperia Z Ultra” planşetini təqdim edib


"Sony" şirkəti "Xperia Z Ultra" planşetini təqdim edib. Qurğu yalnız "Wi-Fi" modulu ilə təchiz edilib. Aparat yanvarın 24-də 500 dollar məbləğində satışa çıxarılacaq.
 
"ICTnews" elektron xəbər xidməti "tech.onliner.by" saytına istinadən bildirir ki, "Sony Xperia Z Ultra" planşeti 6,44 düymlük Full HD təsvir ölçülü  ekran, 2.2 QHs takt tezlikli "Snapdragon 800" dördnüvəli çipi, 2 QB əməli yaddaş və 32 QB daxili yaddaş (həmçinin yaddaş kartları üçün slot var), 8 meqapiksellik kamera, "GPS", "Bluetooth 4.0", "NFC" modulu ilə təchiz edilib. Qurğunun korpusu toz və su keçirmir (IP58 standartı). "Xperia Z Ultra" planşetinin çəkisi 212 qr, qalınlığı 6,5 mm-dir.
 
Dəyişilməyən batareyanın tutumu 3050 milliamper/saat təşkil edir.
 
Emil Hüseynov




23/01/14    Çap et