Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alimlər məhsulların yararlılıq müddətinin sonu haqqında xəbərdarlıq edən çip yaradıblar
"The Daily Mail" nəşri Lordlar Palatası yanında Avropa Şurasının İşlər üzrə Komitəsindən baronessa Rozalinda Skotta istinadən yazır ki, alimlər tez xarab olan məhsulların yararlılıq müddətinin sonu haqqında xəbərdarlıq edən çiplər yaradıblar.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, onun sözlərinə görə, Hollandiyada komitəyə ifadə vermiş şahid yeni həll haqqında danışıb. "Biz bağlamaya quraşdırılan və məhsulun xarab olma səviyyəsini ölçən miniatür çipin kommersiya istehsalına kifayət qədər yaxınlaşmışıq" – Skott şahidin ifadəsindən sitat gətirib. O, şahidin adını və vəzifəsini açıqlamayıb.
Sözügedən çipin sahibinə SMS-xəbərdarlıq göndərmək "bacarığına" malik olması iddia edilir.
Emil Hüseynov
23/01/14 Çap et