Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rumıniyada Guccifer ləqəbli haker həbs edilib


“Reuters” agentliyinin yaydığı məlumata əsasən, Rumıniyada 2013-cü ildə bir sıra amerika siyasətçiləri, məmurları və iş adamlarının elektron poçtuna müdaxilə etmiş haker həbs edilib. Haker Guccifer ləqəbi ilə tanınır.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Rumın polisi həbs edilmiş şəxsin adını açıqlamaqdan imtina edərək yalnız onun inisiallarlarını (LML) deyib. Bu şəxsin Guccifer ləqəbli  haker ola biləcəyi ehtimalını Rumıniya prokuroru mətbuata deyib. Rəsmi məlumatlara görə, haker rumın məmurları və məşhur şəxslərin elektron poçtunu müdaxilədə şübhəli bilinir.
 
Rumıniya KİV-nin məlumatına görə, həbs edilmiş şəxs Marsel Lazer Lexeldirr. O, bundan əvvəl haker fəaliyyətinə görə azadlıqdan məhrum edilib. Bu informasiya rəsmi təsdiqlənməyib.
 
Guccifer ləqəbli haker 2013-cü ilin fevralında ata Corc Buşun  qohumlarının elektron poçtuna müdaxilədən sonra şəşhurlaşıb. Hakerin başqa “qurbanları” arasında ABŞ Milli Kəşfiyyat Qurumunun direktoru Kristofer Koym, milyarder Con Duerr, ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauell də var.

Emil Hüseynov




23/01/14    Çap et