Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Texniki Universitetində müasir elektron avadanlıqlarının təqdimatı olub
Yanvarın 22-də “Tokyo Boeki Texnology LTD” şirkətinin MDB ölkələri üzrə Kiyev ofisinin direktoru Şpak Aleksi Anatoliyeviç və mühəndisi Tinkov Vitali Aleksandroviç Azərbaycan Texniki Universitetində olublar.
Universitetdən verilən məlumata görə, qonaqlar adıçəkilən şirkətin istehsalı olan və bütün dünyada geniş tətbiq edilən elektron mikroskopların, difraktometrlərin, analevatorların və s. texniki xüsusiyyətlərinə dair təqdimat keçirib və AzTU-nun professor-müəllim heyətinin çoxsaylı suallarını cavablandırıblar.
Qeyd edək ki, “Tokyo Boeki Technology Ltd” nanotexnologiya, təbii sərvətlər və enerji, eləcə də elektron cihazların istehsalı və satışı üzrə ixtisaslaşıb.
CAHANGİR
23/01/14 Çap et