Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ-ın telefon şirkəti Azərbaycanla bağlı səhvə yol verib


Dünyanın demək olar ki, bütün ölkələrinə internet vasitəsilə telefon zəngləri etmək imkanı verən Amerikanın məşhur telefon avadanlığı şirkəti “Magic Jack” beynəlxalq tariflərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanın adı altında göstərib. Bu fakt, ABŞ-da yaşayan azərbaycanlıların narazılığına səbəb olub. Şirkət öz internet saytında Dağlıq Qarabağı 37447 indeksi altında göstərib, zəngin bir dəqiqəsinin qiyməti 0.33 dollardır. (https://web05.magicjack.com/my/international/)
Azərbaycan diasporu “Magic Jack” şirkətinə məktub göndərərək bu böyük səhvin tez bir zamanda aradan qaldırılmasını tələb edib. “Azərbaycanın Dağlıq Qarabağ bölgəsini Ermənistanın adının altında göstərilməsi bizi çox məyus etdi”. Bu fikirlər Azərbaycan diasporunun üzvü Nigar Qasımovanın şirkətə göndərdiyi məktubda öz əksini tapıb.
“Dağlıq Qarabağ BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, BMT Baş Assambleyasının bir neçə qətnaməsi əsasında və Dövlət Departamenti tərəfindən Azərbaycanın de yure ərazisi olaraq tanınıb və tanınır” deyə diaspor üzvləri bildirirlər. Onlar qeyd edirlər ki, “Magic Jack” dünyaya yanlış siqnal göndərir və mövcud müştəriləri çaşdırır: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq hətta BMT, ATƏT, AŞPA və NATO kimi beynəlxalq təşkilatlar tərəfindən tanınır”.




16/08/11    Çap et