Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Davosda “Philips” şirkətinin vitse-prezidenti ilə görüşüb


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Davosda “Philips” şirkətinin vitse-prezidenti Ronald de Jong ilə görüşüb.
 
“ICTnews” xəbər xidmətinin ölkə başçısının “www.president.az” rəsmi saytına istinadən verdiyi məlumata əsasən, görüşdə Azərbaycanda həyata keçirilən islahatlardan söhbət açılıb. Qazanılmış uğurlar nəticəsində investorların səmərəli fəaliyyəti üçün yaxşı şəraitin yaradıldığı qeyd edilib.
 
Eyni zamanda,  “Philips” şirkəti ilə mümkün əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
 




23/01/14    Çap et