Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Argentina ilə yüksək texnologiyalar sahəsində birgə layihələr həyata keçirmək niyyətindədir
Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə Argentina Milli Konqresinin Deputatlar Palatasının sədri Xulian Dominqez ilə görüşüb.
Xarici İşlər Nazirliyindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, görüşdə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, xüsusilə də yüksək texnologiyalar, kənd təsərrüfatı, ərzaq emalı sahələrində birgə layihələrin həyata keçirilməsinin faydalı olacağı vurğulanıb.
Tərəflər iki ölkə arasındakı əlaqələrin inkişafı, qarşılıqlı olaraq səfirliklərin təsis olunması, yüksəksəviyyəli səfərlərin həyata keçirilməsi, müxtəlif sahələrə dair sənədlərin imzalanması, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən BMT TŞ-də hər iki ölkənin qeyri-daimi üzvlüyü müddətində səmərəli əməkdaşlıqdan məmnunluq bildirilib.
Azərbaycan və Argentina parlamentlərindəki müvafiq dostluq qruplarının fəaliyyəti və parlamentarların həyata keçirilmiş qarşılıqlı səfərlərinin Azərbaycan-Argentina əməkdaşlığına verdiyi töhfələr qeyd olunub, parlamentlərarası əlaqələrin genişləndirilməsi istiqamətində işin davam etdirilməsi haqda razılıq əldə olunub.
Aynur Vəliyeva
23/01/14 Çap et