Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Məlumatların ötürülməsində rekord qeydə alınıb
“Alcatel-Lucent” və Britaniyanın “BT” internet provayderinin mütəxəssisləri elan ediblər ki, yeni nəsil magistral marşrutlayıcıların sınağı uğurla başa çatıb. Mövcud və istismara hazırlanan fiber-optik kabellə məlumatlar saniyədə 1,4 terabit sürətlə ötürülüb. Sınaq 410 kilometr məsafədə London və İspviç şəhərləri arasında həyata keçirilib.
“ICTnews” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, mütəxəssislər məlumatların ötürülməsi üçün 1.4 TB/s sürətini yeni dünya rekordu adlandırıblar. “Flexgrid” texnologiyasına malik yalnız yeni magistral marşrutlayıcılar bu sürətə nail olmağa icazə verir. Onların istifadəsi internet-provayderlərə öz şəbəkələrinin keçirtmə qabiliyyətini bütün infrastrukturu yenidən qurmadan xeyli artırmağa icazə verəcək.
Emil Hüseynov
23/01/14 Çap et