Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” yeni düyməsiz smartfonunu patentləyib


“Samsung” şirkəti ABŞ-da yeni düyməsiz smartfon nümunəsinə patent alıb. “Phone Arena” saytı yazır ki, Cənubi Koreya istehsalçısına müvafiq sənəd ABŞ Patent və Əmtəə Nişanları Bürosu tərəfindən verilib.

“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, məlumatlara görə, “Samsung Galaxy” xəttinin müvafiq qurğularını xatırladan böyük smartfonu patentləyib. Qurğunun ön panelində fiziki düymə yoxdur.
Nəşr yazır ki, patent 20 iyul 2012-ci il tarixində, “Samsung” daha bir düyməsiz qurğu (ehtimal ki, bu patent “Samsung Galaxy S5” və ya “Note 5” hazırlaması ilə bağlıdır) üçün patent qeydiyyatından tezliklə sonra verilib. Çərşənbə axşamı bəyənilmiş patentin “Galaxy S5” smartfonuna aid olması istisna edilmir.

Şayiələrə görə, “Samsung Galaxy S5” smartfonu fevralın 5-də və ya 2014-cü ilin martında təqdim edilə bilər.


Emil Hüseynov




23/01/14    Çap et