Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bill Qeyts niyə cücə oldu?


“Microsoft” korporasiyasının banisi Bill Qeyts öz illik müraciətinə diqqət cəlb etmək üçün virus çarxı hazırlayıb. Çarx dünən amerikanın "Late Night with Jimmy Fallon" tok-şousunda göstərilib.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, Bill Qeyts çarxda müraciətin dərc edildiyi “gatesletter.com” saytının adını dəfələrlə təkrarlayır. Onun üz ifadəsi demək olar ki dəyişməz qalır, yalnız xarici görünüşü dəyişir. Çarxa baxmağa başladıqdan bir neçə saniyə sonra Qeyts iki, dörd və daha sonra 9 müxtəlif simalarda (qıvrımsaç, eynəkli, kepkalı, saqqallı, əlində nabat və cücə kostyumunda) göstərilir.
 
Qeytsin video çarxda danışdığı məktub “Bill & Melinda Gates Foundation” (fond iş adamı və onun həyat yoldaşı Melinda tərəfindən birgə yaradılıb) xeyriyyəçilik fondu adından dərc edilib. Qeyts müraciətində onun fikrincə yoxulluğa qalib gəlməyə mane olan üç mifi təkzib etməyə çalışır.
 
Emil Hüseynov




23/01/14    Çap et