Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” sosial şəbəkədə boşluğun axtarışı üçün ən böyük mükafatı ödəyib
“Facebook” şirkəti sosial şəbəkədə boşluq axtarışı üçün tarixində ən böyük mükafat ödəyib. Bu haqda “Facebook Bug Bounty” proqramının rəsmi səhifəsində yazılıb. Layihə 2011-ci ildə istifadəyə verilib.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, Braziliyalı mühəndis Redcinaldo Silva aşkar etdiyi səhv nəticəsində kibercinayətkarlar “Facebook” veb serverlərində sərbəst XML fayllara müdaxilə edə bilirdilər. Sosial şəbəkə mühəndisə 33,5 min dollar məbləğində mükafat verib.
"Biz bilirdik ki, məsələnin ciddiliyinə görə böyük məbləğ ödəməliyik" – “Facebook” nümayəndəsi deyib.
Emil Hüseynov
24/01/14 Çap et