Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda ötən il ixtiralara dair ümumilikdə 75 patent verilib


Azərbaycanda ötən il ixtiralara dair ümumilikdə 75 patent verilib. Onlardan 71-i milli, 4-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olmuşdur. Faydalı modelə dair 7 patent qeydiyyata alınıb ki, onlardan da 4-ü milli, 3-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub.
 
 
Bu barədə məlumat verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən (SMPDK) bildirilib ki, sənaye nümunələrinə dair 17 patent verilib: “Onlardan 3-ü milli, 14-ü isə xarici fiziki və hüquqi şəxslərə məxsus olub. Həmçinin 2013-cü ildə 1730 ədəd əmtəə nişanı və 4 coğrafi göstərici qeydiyyata alınıb. 2013-cü ildə 386 ədəd yeni ölçmə vasitəsinin tipi də təsdiq edilərək Azərbaycanın ölçmə vasitələrinin Dövlət Reyestrinə daxil edilib”.
 
Ölçmə vasitələrinin metroloji xarakteristikalarının həqiqi qiymətinin təyin edilməsi məqsədi ilə Komitə yanında Dövlət Metrologiya Xidmətinin laboratoriyalarında hesabat dövrü ərzində 246 ədəd işçi etalonun kalibrlənməsi həyata keçirilib, nəticədə müvafiq olaraq 242 ədəd kalibrləmə sertifikatı və 4 ədəd yararsızlıq haqqında bildiriş verilib.
 
Həqiqət İSABALAYEVA
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
          




24/01/14    Çap et