Azərbaycan Prezidenti İlham Əliyev “Hewlett-Packard” şirkətinin rəhbərliyi ilə görüşüb
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində “Hewlett-Packard” şirkətinin idarə heyətinin üzvü xanım Ann Livermor ilə görüşüb.
“ICTnews” xəbər xidmətinin “
www.president.az” saytına istinadən verdiyi məlumata əsasən, görüşdə Azərbaycan ilə “Hewlett-Packard” şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib.
Görüşdə Azərbaycanda həyata keçirilən Ümumistifadəli Data Mərkəzinin və digər layihələrin icrasında “Hewlett-Packard” şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.