Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rüfət Aslanlı: “Cari ildə də elektron xidmətlərin istifadə imkanları və səviyyəsinin genişləndirilməsi işləri davam etdiriləcək”
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən 2013-cü ildə göstərilən elektron xidmətlərin istifadə imkanları və səviyyəsi genişləndirilib. Cari ildə də bu istiqamət üzrə işlər davam etdiriləcək.
Bu fikri QKDK-də keçirilən kollegiya iclasında komitə sədri Rüfət Aslanlı bildirib. İctimaiyyətlə əlaqələr sektorundan qeyd edilib ki, sədr 2013-cü il ərzində qiymətli kağızlar bazarının ticarət infrastrukturunda köklü dəyişikliklərə nail olunduğunu və klirinq-hesablaşma və depozitar funksiyalarını birləşdirməklə Mərkəzi Depozitar İnstitutunun formalaşdırılmasının başa çatdığını vurğulayıb.
Bununla da gələcəkdə Azərbaycanın qiymətli kağızların təkrar bazarında dinamik inkişaf üçün bütün institusional şəraitin təmin edildiyi diqqətə çatdırılıb. R.Aslanlı ötən dövr ərzində ölkənin qiymətli kağızlar bazarında əməliyyatların dinamikasının qorunub saxlandığını, korporativ qiymətli kağızların ticarətində ötən dövrlərlə müqayisədə 31% artımın müşahidə olunduğunu bildirib.
Həqiqət İSABALAYEVA
24/01/14 Çap et