Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” Prinston Universitetinin ekspertlərini ələ salıb
"Facebook" şirkəti sosial şəbəkənin auditoriyasının kəskin azalmasını proqnozlaşdıran Prinston Universitetinin ekspertlərini ələ salıb. Yaxın günlərdə Prinston Universitetinin tədqiqatçıları belə proqnoz veriblər ki, 2015-2017-ci ilədək "Facebook" abunəçilərinin sayı 80% azalacaq.
"ICTnews" elektron xəbər xidməti "gazeta.ru" saytına istinadən bildirir ki, "Facebook" ekspertlərinin cavabı özünü çox gözlətməyib, nəticələr sosial şəbəkə məlumatlarının emalı üzrə mütəxəssis Mayk Develinin səhifəsində dərc edilib. "Facebook" əməkdaşları həmin metodun səhv olduğunu sübut etmək üçün ondan istifadə ediblər.
Nəticədə "Facebook" mütəxəssisləri belə nəticəyə gəliblər ki, 2018-ci ilədək Prinston Universiteti öz tələbələrinin 50%-ni itirəcək, 2021-ci ilədək isə Prinstonda təhsil alan olmayacaq.
"Facebook" əməkdaşları, həmçinin bu metodun köməyi ilə aydınlaşdırıblar ki, 2060-cı ilədək planetdə hava qalmayacaq.
Emil Hüseynov
24/01/14 Çap et