Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Vine” xidmətinin 1 yaşı tamam oldu


“Vine” videoxidmətinin yaradıcıları onun bir yaşında ən yaxşı istifadəçi çarxlarını dərc ediblər. Videoseçmələr xüsusi yaradılmış “A Year on Vine” səhifəsində yerləşdirilib.
 
"Biz Vine xidmətini bir il bundan əvvəl işə salmışıq. Bu vaxt ərzində xeyli sayda əla çarx yüklənib və biz kolleksiyada onların arasından ən yaxşılarını seçməyə qərar verdik" – saytda deyilir.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, ümumilikdə təxminən 180 çarx seçilib. Onların davam etmə müddəti 18 dəqiqədən (“Vine” xidmətində hər videonun davam etmə müddəti 6 saniyəni ötmür) çox təşkil edib. Bu halda saytda çarxlar baxış sayına görə deyil, kateqoriyalar üzrə çeşidlənib.
 
“Vine” videoxidməti 2013-cü ilin əvvəlində istifadəyə verilib. Xidmət 6 saniyə uzunluğunda videoları internetə yerləşdirməyə icazə verir. Xidmətin hazırlanması ilə “Twitter” mikrobloqlar xidmətinə məxsus şirkət məşğul olub.
 
Emil Hüseynov




24/01/14    Çap et