Azərbaycan prezidenti “Microsoft International” şirkətinin prezidenti ilə görüşüb
Azərbaycanın prezidenti İlham Əliyev Davosda keçirilən Ümumdünya İqtisadi Forumu çərçivəsində "Microsoft International" şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşüb.
"ICTnews" xəbər xidmətinin "
www.president.az" saytına istinadən verdiyi məlumata əsasən, görüşdə Azərbaycan ilə "Microsoft International" şirkəti arasında əməkdaşlığın uğurla inkişaf etdiyi bildirilib. Şirkətin ölkəmizdəki fəaliyyətindən, müxtəlif sahələrdə həyata keçirdiyi layihələrdən məmnunluq ifadə olunub.
Söhbət zamanı Azərbaycanda proqram təminatı və əqli mülkiyyətin qorunması sahəsində görülən işlər yüksək qiymətləndirilib. Həmçinin "Microsoft"un proqram təminatının müəllif hüququnun qorunması sahəsində Azərbaycan hökumətinin rolu xüsusi vurğulanıb.