Yeni “iPhone”un ekranı daha böyük və elastik olacaq
"Apple" şirkəti bu il iki ədəd əyilən şüşəli "iPhone" modeli istehsal etməyi planlaşdırır.
"ICTnews" xəbər xidmətinin
www.astera.ru saytına istinadən verdiyi məlumata əsasən, "Apple" şirkətinin laboratoriyalarına yaxın mənbələrdən bildirilib ki, yeni modelin əyilən plastik və ya "Google Nexus 4"də oloduğu kimi kənarları cilalanmış şüşə olacağı məlum deyil.
Belə olsa, "Apple" ilk dəfə telefon ölçülərinin radikal şəkildə böyütməsinə cürət edəcək. Deyilənə görə, şirkət 4,7 və 5,5 düym ölçülü modellər sınaqdan keçirir. Bu cür ekranlı modelləri fablet sinfinə aid etmək olar.
Xatırladaq ki, əvvəllər "Apple" tərəfindən belə modellərin buraxılışına şübhə ilə yanaşılırdı. Məlumat üçün bildirək ki, bu yaxınlarda şirkət sapfir şüşəsinin istehsalı üzrə zavoda 578 milyon dollar sərmayə qoyub.
Aynur Vəliyeva