Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ABŞ Federal məhkəmələri haker hücumuna məruz qalıb


“Reuters” agentliyi yazır ki, yanvarın 24-də hakerlər ABŞ-ın federal məhkəmə saytlarına, elektron məhkəmə sənədlərinə (PACER) açıq çıxış sisteminə, həmçinin elektron iddia vermə sisteminə müdaxilə ediblər.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, kiberhücum nəticəsində bu saytlar bir müddət istifadəçilər üçün əlçatmaz olub: iddiaların verilməsi və məhkəmə sənədlərinin nəşri prosesi pozulub.
 
Qeyd edək ki, hələ ki heç bir haker qrupu kiberhücuma görə məsuliyyəti öz üzərinə götürməyib.
 
Emil Hüseynov
 
 




27/01/14    Çap et