Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ildə maye kristal monitorlar bazarının həcmi 9% azalacaq
Bazar mütəxəssislərinin proqnozuna görə, maye kristal monitorlar bazarının həcmi azalmağa davam edəcək və 2014-cü ildə daha 9% azalacaq.
Mütəxəssislər hesab edirlər ki, kompüter ekranları istehsalçılarına 21.5 düymlük diaqonallı ekran modellərin seqmentində və bu səbəbdən onlar geniş funksional imkanlara malik 24-27 düymlük modellərə üstünlük verməyə başlayıblar.
“www.dailycomm.ru” saytına istinadən bildirir ki, mütəxəssislər 27 düym və daha böyük diaqonallı fərdi kompüter monitorları bazarının həcmini təxminən 6 milyon ədəd qiymətləndiriblər. Gələcəkdə bu seqmentin ildə 1,5 milyon qurğu həcmində artacağı gözlənilir.
2014-cü ildə mağaza piştaxtalarında məhdud sayda 3840 x 2160 piksel ultrayüksək təsvir ölçüsünü dəstəkləyən “Ultra HD” formatlı modellər olacaq.
Emil Hüseynov
27/01/14 Çap et