Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Sapfirli şüşə “iPhone” cihazının ekranlarını qoruyacaq
“iPhone” kamerasının obyektivinin qorunmasında və "Ev" düyməsinə inteqrasiya edilmiş “Touch ID” daktiloskopik datçiki üçün sapfir şüşədən istifadə olunacaq. Görünür, “Apple” bərk materialın tətbiqi sahələrini genişləndirmək niyyətindədir. Şirkətin patent müraciətində sapfirin “iPhone” smartfonlarına müxtəlif bərkidilmə üsulları təsvir edilir.
“ICTnews” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, sənəddə söhbət, əsasən sapfirli şüşənin “iPhone” smartfonunda qoruyucu örtük rolu müzakirə olunur. Bu cür ekranın cızıqlara davamlılığı və ekranın möhkəmliyi hazırda əksər smartfonlarda geniş tətbiq edilən “Gorilla Glass” şüşəsi ilə müqayisədə dəfələrə çoxdur. Bundan başqa, “Apple” şirkətindən bildirilib ki, sapfirin istilikkeçirmə xassəsi təxminən bəzi metallarda olduğu kimidir və bu, ona qurğunun prosessoru tərəfindən yaradılan istiliyi səmərəli şəkildə ayırmağa icazə verir.
Sintetik sapfirli şüşə doğrudan da “Gorilla Glass” ilə müqayisədə 3-4 dəfə etibarlıdır. Bundan başqa, sözügedən material rəngsizdir, çox möhkəmdir (2030 selsi dərəcə temperaturda əriyir) və bundan başqa zəhərli kimyəvi maddələr keçirmir.
Emil Hüseynov
27/01/14 Çap et