Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Coca-Cola” və “Microsoft” şirkətlərində məlumat itkisi baş verib



“Coca-Cola” onun 74 min işçisi haqda məlumatlar toplanan noutbukların oğurlanmasını bildirib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət artıq məlumatları oğurlanmış 18 min nəfərə bu haqda məlumatlandırmaq niyyəti ilə məktublar göndərib. Bildirilib ki, noutbuklarda, həmçinin naməlum üçüncü tərəfin məlumatları olub.

Məktubda şirkət baş vermiş məlumat itkisinə görə üzr istəyib və bildirib ki, şəxsi məlumatların qorunması üçün tədbirlər görür və birillik pulsuz hüquqi mühafizə xidmətləri göstərməyə hazırdır.
 
“Microsoft” şirkəti öz növbəsində  fişinq hücumu nəticəsində onun hökumət sifarişləri ilə bağlı sənədlərinin oğurlanmasını bildirib. Şirkət bildirib ki, hücum nəticəsində şirkətin işçiləri haqda bəzi məlumatlar oğurlanıb, lakin müştəri məlumatlarının etibarlılığına xələl yetirilməyib.

Qeyd edək ki, ötən həftə “Microsoft”un bloqu “Misir elektron ordusu”nun hakerləri tərəfindən hücuma məruz qalıb, lakin bu iki insidentin bir-biri ilə bağlılığı haqda heç bir məlumat yoxdur. Bir müddət öncə Misir hakerləri “Microsoft” şirkətinin “Skype” və digər kommunikasiya aktivlərinə hücum edib.
 
Aynur Vəliyeva






27/01/14    Çap et