Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Sığortaedənin uçot nömrəsini elektron qaydada necə əldə etmək olar?


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Məlumat Hesablama Mərkəzi (MHM) Dövlət Sosial Müdafiə Fondunun "Elektron hökumət" portalı (www.e-gov.az) vasitəsilə təqdim etdiyi "Sığortaedənin uçot nömrəsinin öyrənilməsi" elektron xidmətindən istifadə qaydaları ilə bağlı məlumat yayıb.
 
Məlumatda bildirilir ki, bu e-xidmət hüquqi, fiziki şəxslərin, torpaq mülkiyyətçilərinin öz uçot nömrələri barədə məlumatı dərhal, maneəsiz əldə etməyə imkan verir. Sözügedən xidmət portalın "Qeydiyyatsız xidmətlər" bölməsində yerləşdirilib.
 
Xidmətdən istifadə qaydaları olduqca sadədir: "Müraciət edən hüquqi və fiziki şəxs yalnız öz VÖEN-ni, torpaq pay mülkiyyətçisi isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriya və nömrəsini daxil etməklə sığortaedənin uçot nömrəsini (SUN) dərhal öyrənə bilər.
 
Qeyd edək ki, "SUN" sığortaedənin elektron xidmətlərdən istifadəsi üçün tələb olunan əsas göstəricilərdən biridir. Bu nömrəni sığortaedən əldə etməklə hesabatlarını elektron qaydada göndərmək, məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəmək və digər elektron xidmətlərdən istifadə etmək imkanını qazanır.

CAHANGİR




27/01/14    Çap et