Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“LG G Pro 2” smartfonu fevralda nümayiş etdiriləcək
“LG” şirkətinə istinadən “Slash Gear” nəşri yazıb ki, “LG G Pro 2” smartfonu rəsmən 2014-cü ilin fevralında təqdim ediləcək. İstehsalçı qurğu haqqında ətraflı məlumat verməyib.
“gazeta.ru” saytı yazır ki, “G Pro 2” smartfonunun “LG” şirkətinin “Mobile World Congress” çərçivəsində keçiriləcək tədbirində nümayişi gözlənilir.
Məlumatlara görə, smartfon 6 düymlük ekran, “Snapdragon 800” prosessoru və 3 QB əməli yaddaşla təchiz edilib.
Bundan əvvəl mətbuatda yayılmış məlumata əsasən, “LG” şirkətinin 2014-cü ildə işıq üzü görəcək qabaqcıl smartfonları barmaq izi skanerləri ilə təchiz ediləcəklər.
Emil Hüseynov
27/01/14 Çap et