Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Xrombuku “sındır” 2.7 milyon dollar dəyərində mükafat qazan


"Google" şirkəti öz bloqunda "Pwnium 4" haker müsabiqəsi elan edib. Müsabiqə martın 12-də Kanadada "CanSecWest" konfransı çərçivəsində keçiriləcək. İştirakçıların hədəfi "Chrome OS" əməliyyat sistemində işləyən noutbuklara – xrombuklara müdaxilə etmək olacaq.

Müsabiqənin ümumi mükafat fondu 2,71828 milyon dollar təşkil edəcək. Fərdi mükafatların həcmi 110-150 min dollar arasındadır.

"Pwnium" müsabiqəsində mükafat sahibi olmaq üçün "Chrome OS" əməliyyat sistemində ona hücum üçün istifadə edilən boşluq tapmaq lazımdır.

2014-cü ildə "Pwnium" haker müsabiqəsi dördüncü dəfə keçiriləcək. Ötən il müsabiqənin mükafat fondu 3,14159 milyon dollar (pi ədədinin şərəfinə) təşkil edib. Heç kəs sistemi sındıra bilməyib və "Google" yalnız 40 min dollar məbləğində bir mükafat verib.

Emil Hüseynov
 




28/01/14    Çap et