Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ötən il informasiya və rabitə xidmətlərində 1,0 milyard manatlıq əlavə dəyər yaradılıb



2013-cü ildə informasiya və rabitə xidmətlərində 1,0 milyard manatlıq (1,8 faiz) əlavə dəyər yaradılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
 
İlkin hesablamalara görə, ötən il ölkədə istehsal olunan ümumi daxili məhsulun həcmi əvvəlki ilə nisbətən 5,8 faiz artaraq 57,7 milyard manata çatıb. Ümumi daxili məhsulun əhalinin hər nəfərinə düşən həcmi 6207,3 manat (7912,5 ABŞ dolları) təşkil edib və 4,4 faiz artım qeydə alınıb.  
 
 
Bu dövrdə 84,8 milyard manatlıq məhsul və xidmətlər istehsal olunub.
 
Yola saldığımız ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10,0 faiz artımı müşahidə olunub, onun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlib.
 
Məhsula və idxala xalis vergilər ÜDM-in 6,4 faizini təşkil edib.
 
SEYMUR
 




28/01/14    Çap et