Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Böyük Britaniya hakimiyyəti sosial şəbəkələrdən intihar təbliğatı ilə daha aktiv mübarizə aparmağı xahiş edəcək


"The Guardian" nəşri yazır ki, Böyük Britaniya hakimiyyəti "Facebook" və "Twitter"dən intihar təbliğatı ilə daha aktiv mübarizə aparmağı tələb edir.
 
"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, nəşrin məlumatına görə, bu yaxınlarda Böyük Britaniyanın mədəniyyət naziri Mariya Miller intihar üsullarından danışan məzmunun bloklanması sisteminin sosial şəbəkələrə inteqrasiyası təklifi ilə çıxış edəcək.
 
Məlumatlara əsasən, Miller "Facebook", "Twitter" və "Tumblr" kimi  saytlardan təhlükəli məzmunu tapmağı və silməyi tələb edəcək. Hazırda adı çəkilən resurslar intihar haqqında informasiyadan ibarət bu və ya digər postu istifadəçilərin şikayətləri əsasında məhdudlaşdıra bilirlər.
 
Ehtimal ki, nazir bu yaxınlarda 15 yaşlı London sakini Talula Uilsonun intiharına görə hiddətlənib. Qız "Sent-Pankras" stansiyasında özünü qatarın altına atıb. Anasının sözlərinə görə, Sara Uilson ölümündən əvvəl "Tumblr" saytında intiharlar haqqında bloqlara daxil olub.
 
Böyük Britaniyanın qüvvədə olan qanunvericiliyi saytlardan qanuna zidd məzmunu (həmçinin intihar haqqında məlumatları) silməyi tələb etməyə icazə verir. Lakin bu qanun yalnız KİV və nəşriyyatlara aiddir. İstifadəçi məzmununun yerləşdirilməsi üçün meydança rolunda xidmət edən sosial platformalar bu qanundan azaddırlar.
 
Emil Hüseynov




28/01/14    Çap et