Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyanın ən bahalı şirkəti kəskin ucuzlaşdı
"Apple" şirkətinin kapitallaşdırma dəyəri 2013-cü ilin oktyabr-dekabr hesabatının nəşrindən sonra 8% azalaraq 355 milyard dollar olub.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, birjanın bağlanması zamanı "Apple"ın kapitallaşdırma dəyəri 495,31 milyard dollar qiymətləndirilib. Beləliklə, şirkət təxminən 40 milyard dollar itirib.
Şirkətin hesabatına əsasən, 2013-cü ilin dördüncü rübündə "Apple"ın mənfəəti ötən ilin müvafiq dövrü səviyyəsində qalıb və 13,07 milyard təşkil edib, mədaxil isə 6% artaraq 57,6 milyard dollar olub. Hesabat dövründə 51 milyon "iPhone" və 26 milyon "iPad" planşeti satılıb.
Emil Hüseynov
28/01/14 Çap et