Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan Dövlət Gömrük Komitəsi internet üzərindən sifariş edilən malların gömrükdə sənədləşdirilməsi prosedurlarını sərtləşdirməyəcək


Azərbaycan Dövlət Gömrük Komitəsi xarici internet-dükanlardan bağlamalar alan fiziki şəxslər üçün qaydaları sərtləşdirmək niyyətində deyil.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, komitənin sədri Aydın Əliyev müsahibələrindən birində bildirib ki, Rusiyanın internetdən alınan malların sənədləşdirilməsi və çatdırılması mexanizmini sərtləşdirməyi bu ölkədə keçirilən Olimpiya oyunlarının təhlükəsizliyinin təmin edilməsi və terrorizmlə mübarizə aparmaq məqsədi ilə edildiyini düşünür.

“Azərbaycanda siyasi sabitlik, ictimai asayiş yüksək səviyyədə qorunur və buna görə də internet-ticarətin məhdudlaşdırılmasına ehtiyac duyulmur", - deyə A. Əliyev bildirib.

Rusiyada internet-ticarət resurslarından alınan malların gömrükdən alınması qaydaları sərtləşdirildikdən sonra  “FedEx”, “DHL”, “TNT” və s. beynəlxalq loqistika şirkətləri əməkdaşlıqdan imtina ediblər.
Azərbaycanda isə ötən il əksinə, müvafiq qaydalar liberallaşdırılıb və rüsumsuz malın gömrükdən keçirilməsi limiti 1500 dollar dəyərinədək artırılıb. İnternet-ticarət üçün bu limit ayda  min dollar təşkil edir.

Aynur Vəliyeva
 




28/01/14    Çap et