Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
KİV: “Nokia X” 6 rəngdə çıxarılacaq
“Nokia X” smartfonu altı rəngdə istehsal ediləcək.
“ICTnews” elektron xəbər xidməti “gazeta.ru” saytına istinadən bildirir ki, yeni qeyri-rəsmi məlumatlara görə, qurğu “Snapdragon” ikinüvəli prosessoru, 4 düymlük “WVGA” təsvir ölçülü ekran, 512 MB əməli yaddaş, 4 QB daxili yaddaş, 5 meqapiksellik kamera və 1500 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.
“Nokia X” smartfonunun iki SİM kart dəstəkləyəcəyi iddia edilir.
“Phone Arena” saytı yazır ki, “Nokia” şirkətinin bu smartfonu fevralda keçiriləcək “MWC” sərgisində və ya martda təqdim edəcəyi gözlənilir.
Emil Hüseynov
28/01/14 Çap et