Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Planşet satışı fərdi kompyuterləri ötəcək


Stiv Cobsun yoxluğunda “Apple”ə başçılıq edən Tim Kuk əmindir ki, yaxın bir neçə il ərzində planşetlər satış həcmlərinə görə fərdi kompyuterləri ötəcək. Bu barədə o, “Goldman Sachs”ın analitiki Bill Şopa danışıb. “Apple” rəhbəri nəyi ( yalnız iPad və ya bütovlükdə müxtəlif istehsalçıların planşet seqmenti) nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Ekspertlərin qiymətləndirmələrinə görə, yaz ayında Stiv Cobsun korporasiyası 8 milyondan çox planşet satıb ki, bu da keçən ilin analoji dövründən, demək olar 2 dəfə çoxdur. Gözlənildiyi kimi, 1 il ərzində “Apple” 40 milyon iPad satışı reallaşdırır. Fərdi kompyuter bazarının rüblük həcmi 83 milyon, illik həcmi isə 300milyon təşkil edir. Bu isə o deməkdir ki, fərdi kompyuter satışları faktiki olaraq yerində sayır.




03/06/11    Çap et